Yaponiyada ölkənin ən hündür göydələninin tikintisinə başlanılıb
Tarix: 30-09-2023, 09:20
Baxılıb: 1 506
Google+ Paylaş
Tumblr Paylaş

Yaponiyada ölkənin ən hündür göydələninin tikintisinə başlanılıb

30-09-2023, 09:20

Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb.

Bu barədə “Mitsubishi Estate” layihəsinin operatoru məlumat verib.

Tikintiyə paytaxtın mərkəzindəki Tokio stansiyasının yanında başlanılıb. “Torch Tower” adlanacaq göydələnin hündürlüyünün təqribən 390 m olacağı və tikintisinin 2028-ci ilin mart ayına kimi başa çatdırılacağı gözlənilir.

Beləliklə, yeni bina hazırkı rekordçunu - Tokioda da yerləşən 330 m hündürlüyü olan “Azabudai Hills” binasını keçərək ölkənin ən hündür binası olacaq.

Forma və dizayn baxımından yeni göydələn məşələ bənzəyəcək. Onun yuxarı mərtəbələrinin yanan məşəl alovu effekti yaradaraq daha parlaq işıqlandırılacağı gözlənilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ