Ukrayna prezidentinə demək istəyirəm ki, bir daha polyakları təhqir etməsin.
Bu sözləri Polşa Baş naziri Mateuş Moravetski Ukrayna lideri Vladimir Zelenskinin BMT Baş Assambleyasındakı Polşaya qarşı tənqidi çıxışına reaksiya verərkən deyib.
Moravetskinin sözlərinə görə, Ukraynada Avropanın təhlükəsizliyi üçün müharibə gedir və buna görə də Polşa silah təchizatında kömək edir:
“Prezident Zelenskiyə demək istəyirəm ki, bu yaxınlarda BMT-də etdiyi kimi, bir daha polyakları təhqir etməsin, polyaklar buna imkan verməyəcəklər. Polşanın yaxşı adını qorumaq təkcə mənim borcum və şərəf deyil, həm də ən vacib vəzifədir. Biz hazırkı geosiyasi kontekstdə bütün arqumentlərimizi müdafiə edəcəyik və bu arqumentlərin necə əsaslandırılmasını lazım olduğunu bilirik”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, sentyabrın 15-də Polşa birtərəfli qaydada Ukraynanın kənd təsərrüfatı məhsullarına embarqo qoyub. BMT Baş Assambleyasında çıxış edən Prezident Vladimir Zelenski Polşanın bu addımını şərh edərək, “Avropadakı bəzi dostlarımız siyasi teatrda həmrəylik nümayiş etdirirlər və taxıl üzərində triller yaradaraq Moskva aktyorlarına səhnə üçün yardım edirlər” - deyib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb