İrəvanda BİYABIRÇILIQ- Polis etirazçılara divan tutur
Tarix: 22-09-2023, 14:08
Baxılıb: 1 058
Google+ Paylaş
Tumblr Paylaş

İrəvanda BİYABIRÇILIQ- Polis etirazçılara divan tutur

22-09-2023, 14:08

İrəvanda Ermənistan polisi tərəfindən etirazçıların sərt şəkildə saxlanılması davam edir.

Saxlanılanlar arasında ölkənin ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.

Polislər etirazçılara qarşı güc tətbiq edib, onları asfalt boyunca sürüyüblər. Bununla bağlı görüntülərdə bir neçə polisin Koçaryanın oğlunu boğduğu və polis maşınına sürükləməyə çalışdığı əks olunub.

Həmçinin, hüquq-mühafizə orqanları əməkdaşlarının etirazçıları təpiklədiyi, sərt davranışlar sərgilədiyinin görüntüləri də yayılıb.

Qeyd edək ki, İrəvanda səhər saatlarından etiraz aksiyaları keçirilir. Aksiyada iştirak edən 84 fəal, o cümlədən müxalifət hərəkatının milli komitəsinin üzvü Andranik Tevanyan saxlanılıb.

Xatırladaq ki, sentyabrın 20-dən Ermənistanda hökumət binası qarşısında etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ