Ukrayna artıq Rusiyanın dərinliklərini vurur
Tarix: 22-09-2023, 12:52
Baxılıb: 1 489
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna artıq Rusiyanın dərinliklərini vurur

22-09-2023, 12:52

Son dörd gündə həm Rusiya, həm də Ukrayna arxa cəbhələrdə qeyri-adi intensiv hücumlara məruz qalıb. Krımda, Krasnodar diyarında və Moskva vilayətində Rusiyanın logistika obyektlərində, aviabazalarında və komanda məntəqələrində partlayışlar qeydə alınıb.

Bu barədə X sosial şəbəkəsində Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın Qara dəniz donanmasının yenidən ciddi hücuma məruz qalması ehtimalı var:

“Moskva yaxınlığındakı Çkalovski aviabazasında baş verən partlayışlar Rusiya rəhbərləri üçün ən böyük strateji narahatlıq yaradacaq. Bura xüsusi hərbi təyyarələrin, eləcə də Rusiya liderləri üçün VİP nəqliyyatın yerləşdiyi həssas yerdir. COOT (İl-20) xüsusi missiya təyyarəsinin zədələnməsi ilə bağlı hesabatlar xüsusilə aktualdır: dəqiq variant aydın deyil, lakin bu qiymətli təyyarələr elektron kəşfiyyat məlumatlarının toplanması ilə bağlı tapşırıqları yerinə yetirirlər. Eyni zamanda, son bir həftə ərzində Rusiya dəfələrlə Ukrayna ərazisindəki hədəflərə uzaq məsafədən zərbələr endirib. Bu qeyri-adi intensivlik qismən Rusiya və Krımda baş verən hadisələrə reaksiyadır. Cəbhədə vəziyyət nisbətən statik olduğundan hər tərəf düşmənin strateji dərinliyinə zərbə endirməklə üstünlük əldə etməyə çalışır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ