Sülhməramlıların ölümü: Korpus komandiri işdən çıxarıldı
Tarix: 21-09-2023, 15:32
Baxılıb: 1 535
Google+ Paylaş
Tumblr Paylaş

Sülhməramlıların ölümü: Korpus komandiri işdən çıxarıldı

21-09-2023, 15:32

Rus sühməramlıların ölümünə görə işdən çıxarılan korpus komandanının kimliyi bilinib.

MN 1-ci Korpusun komandanı Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq, atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Qiyas Abbasov Vətən müharibəsində yaxşı nəticələr göstərən Hikmət Həsənovun yerinə həmin vəzifəyə təyin olunub. 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.

Qeyd edək ki, polkovnik Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçılarındandır. Sentyabr ayının 27-dən Cəbrayıl, Zəngilan, Şuşa, Laçın və Hadrut uğrunda gedən döyüşlərdə torpaqların azad edilməsində iştirak edən polkovnik Q. Abbasov, Ali Baş Komandanın sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın alınması uğrunda" və "Zəngilanın alınması uğrunda" medalları ilə təltif olunub.

O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci korpusa komandan təyin olunub.

O, bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Rusiya mediası rus sülhməramlıların öldürülməsinə görə Azərbaycan istintaq orqanlarının bir şübhəlini saxladığını, onun tabe olduğu korpus komandirinin isə vəzifədən azad edildiyini yazıb.

Qeyd edək ki, ötən gün Canyataq kəndi yaxınlığında rus sülhməramlıların maşınının atəşə tutulması nəticəsində ikisi komandir müavini olmaqla, 5 sülhməramlı həlak olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ