Rusiyadan Qarabağa gətirilən humanitar yükün tərkibi “Dağlıq Qarabağın nümayəndələri” ilə razılaşdırılıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Zaxarova humanitar yükün tərkibi ilə bağlı erməni kanallarında yayılan məlumatları qəbuledilməz və utancverici adlandırıb.
“Səmimi və son dərəcə vaxtında edilən bir jestə bu şəkildə reaksiya verənlər utanmalıdırlar”, - Zaxarova bildirib.
Qeyd edək ki, dünən erməni Teleqram kanallarında Rusiya Qırmızı Xaç Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yükün tərkibində yalnız ədyalların olması ilə bağlı məlumat yayılmışdı.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb