Putinlə rəqsi ilə məşhurlaşmışdı – Peterburqa köçür
Tarix: 12-09-2023, 23:55
Baxılıb: 2 427
Google+ Paylaş
Tumblr Paylaş

Putinlə rəqsi ilə məşhurlaşmışdı – Peterburqa köçür

12-09-2023, 23:55

Avstriyanın keçmiş xarici işlər naziri, Rusiya Prezidenti Vladimir Putinlə toyunda rəqs etməsi ilə məşhurlaşan Karin Knaysl təsis etdiyi beyin mərkəzinə rəhbərlik etmək üçün Sankt-Peterburqa köçəcək.
Teleqraf.com xəbər verir ki, sabiq nazir anti-Rusiya mövqeyinə görə ölkəsini də sərt tənqid edib.
“Qorki” mərkəzinin həmtəsisçisiyəm, indi buranı idarə edirəm. Orada çox iş var, bu, çox diqqət tələb edir. Bu iş üçün Sankt-Peterburqa köçmək qərarına gəlmişəm”, - Knaysl bildirib.
Martda yaradılan mərkəz Rusiyanın siyasi məqsədlərinə həll yolları tapmaq məqsədilə obyektiv təhlil hazırlamaq üçün nəzərdə tutulub. “Qorki” Putinin 1970-ci illərdə hüquq təhsili aldığı Sankt-Peterburq Dövlət Universitetinə bağlıdır.
Bu gün Vladivostokda Şərq İqtisadi Forumunda çıxış edən Knaysl Avstriyanın Rusiyaya qarşı davranışını da tənqid edərək, bunu “şizofreniya” adlandırıb.
Avstriya siyasətçiləri və ictimai rəyi Rusiyanı qınamaqdan yorulmur”, - sabiq nazir deyib və əlavə edib ki, ölkəsində Rusiya ilə biznes əlaqələri olanlara “qanlı pul qazananlar” damğası vurulur.
Knaysl 2017-2019-cu illərdə Avstriyanın xarici işlər naziri olub. 2018-ci ildə toyuna Rusiya liderini dəvət edib. Ukraynada davam edən müharibə fonunda avqustda Rusiyada istirahət etdiyi üçün tənqid olunub. Əvvəllər onun Rusiyanın Ryazan vilayətinin Petruşovo kəndində məskunlaşdığı və bir neçə həftə kirayədə yaşadığı bildirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ