Rusiya Aerokosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovikin MDB-nin hava hücumundan müdafiə məsələləri üzrə əlaqələndirmə komitəsinin sədri təyin edilib.
Bu barədə MDB Müdafiə Nazirləri Şurası məlumat yayıb.
Məlumata görə, onun namizədliyi yekdilliklə təsdiq edilib.
Qeyd edək ki, general Sergey Surovikinin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırıldığı, hətta həbs olunduğu barədə məlumat yayılmışdı. Buna səbəb isə onun “Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyamından xəbərdar olması olub.
Bir müddət öncə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Zavarzin generalın MDB-də yaxşı mövqeyə keçdiyini bildirmişdi.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur