Təbrizdə 700 illik tarixi abidə dağılır
Tarix: 8-09-2023, 15:11
Baxılıb: 1 502
Google+ Paylaş
Tumblr Paylaş

Təbrizdə 700 illik tarixi abidə dağılır

8-09-2023, 15:11

Təbrizdə yerləşən və tarixi abidələr siyahısında qeydə alınan 700 illik tarixi “Şam Qazan” hamamı baxımsızlıq ucbatından dağılmaq üzrə olduğu üçün tarixi abidə siyahısından çıxarıla bilər.

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Bildirilib ki, bir neçə ildir yerli əhalinin, mədəni fəalların müraciətlərinə, imza kampaniyalarına baxmayaraq, Mədəni İrs Təşkilatı və tarixi abidə ilə bağlı öhdəlik daşıyan “Vəqflər İdarəsi” heç bir tədbir görməyib.

2022-ci ildə tarixi abidənin vəziyyəti ilə bağlı məsələnin gündəmə gəlməsindən sonra abidənin bərpa olunacağına söz verilib, amma bu vəd yerinə yetirilməyib.

Qeyd edək ki, Elxanilər dövründə tarixi kompleksin içində tikilən hamam Qacarlar dövründə yenidən bərpa olunub, sonralar milli əsərlər siyahısına salınıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ