Türkiyədə Anadolu 9-cu Ağır Cəza Məhkəməsində Türkiyənin tanınmış kriptovalyuta mübadiləsi şirkəti “Thodex”in qurucusu və direktoru Fatih Faruk Özərin mühakimə olunduğu saxtakarlıq işi ilə bağlı qərar verilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, 11 saat davam edən iclasda “Thodex”in qurucusu, onun böyük bacısı Serap Özər və böyük qardaşı Güvən Özər 11 min 196 il 10 ay 15 gün həbs və 135 milyon lirə (8 547 581 azn) pul cəzasına məhkum ediliblər.
Onlar “xüsusi dələduzluq”, “təşkilat yaratmaq, idarə etmək və üzv olmaq” və “əmlak dəyərlərini yumaq” cinayətlərinə görə həbs edilib.
Qeyd edək ki, Fatih Faruk Özər 30 avqust 2022-ci ildə Albaniya saxlanılmışdı.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb