Ermənistan və Rusiya arasında nə baş verir?
Tarix: 8-09-2023, 08:21
Baxılıb: 78
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan və Rusiya arasında nə baş verir?

8-09-2023, 08:21

Ermənistanla Rusiya arasında qalmaqal yaranıb.

Çərşənbə günü Ermənistanın sosial şəbəkələri daha bir qalmaqalla çalxalanıb - rusiyayönlü bloqer və fəal Mikael Badalyan Gorusda yoxa çıxması ilə bağlı məlumatlar ortaya çıxıb.

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov özünün teleqram kanalında Mika Badalyanın naməlum maskalı şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. "Gözləyirəm ki, Ermənistan Respublikasının səlahiyyətli orqanları vəziyyəti dərhal başa düşəcək və Mika Badalyanın taleyi və təhlükəsizliyi ilə bağlı ictimaiyyətə hərtərəfli və şəffaf cavab verəcəklər", - o qeyd edib.

Sonra məlum olub ki, M.Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıb və onlar hazırda İstintaq Komitəsindədirlər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da vəziyyəti şərh edərək, bunun İrəvanda keçirilən Rusiya-Ermənistan media forumu ilə bağlı növbəti təxribat olduğunu bildirib. “Yatıb iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatı. Qərb isə buna çoxlu pul yatırıb”, – o, teleqram kanalında yazıb.

Söhbət media forumundan gedir. Bu tədbir əvvəlcədən elan olunmayıb, onun keçirilməsi barədə rəsmi kanallar vasitəsilə məlumat yayılmayıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan özünün feysbukdakı səhifəsində bu hadisə ilə bağlı təfərrüatları açıqlayıb və bunu “müxtəlif qeyri-dəqiqlikləri ehtiva edən məlumat və spekulyasiyaların çox sürətlə yayılması” ilə əsaslandırıb.

Rusiyanın Ermənistandakı səfirliyi rusiyayönlü bloqer və fəal M.Badalyanın və “Sputnik Ermənistan” agentliyinin icmalçısı A.Gevorqyanın saxlanılmasından xəbərdar olduğunu bildirib.

"Biz vəziyyətin inkişafını diqqətlə izləyirik. Saxlanılanların taleyindən narahatıq, insidentin baş vermə şəraitini aydınlaşdırmaq üçün addımlar atacağıq", - diplomatik nümayəndəliyin feysbukdakı səhifəsində deyilir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ