Pakistan hər iki tərəfin sərhədçilərinin bir-birinə atəş açmasından sonra Əfqanıstanla ən mühüm sərhəd məntəqələrindən birini bağladığını açıqlayıb.
Əfqanıstan və Pakistan sərhədçiləri Hayber-Paxtunxva əyalətindəki sərhəd-keçid məntəqəsində bir-birinə atəş açıblar və insident nəticəsində xəsarət alan olmayıb. Gərginliyi azaltmaq üçün Pakistan və Əfqanıstan hökumətlərinin və hərbi rəsmilərin təmasda olduğu vurğulanıb. Sözügedən sərhəd qapısı iki ölkə arasında ən mühüm sərhədlərdən biridir.
Pakistan rəsmiləri meyvə və tərəvəz kimi tez xarab olan məhsulları daşıyan yük maşınlarının sərhədin hər iki tərəfində gözlədiyini qeyd edib. Digər tərəfdən, “Taliban” müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Metin Kani tərəflər arasında münaqişənin olduğunu təsdiqləyib və belə hadisələrin baş verməməsi üçün səy göstərəcəklərini bildirib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb