Afrikada Fransaya yaxın hökumətlərə qarşı həyata keçirilən hərbi müdaxilələrə Qabondakı çevriliş də əlavə edilib.
Qabonda Fransa hərbçilərinin ölkədən çıxarılması tələb edilir. Qərb tərədarlarının hakimiyyətdən uzaqlaşdırıldığı vaxtda Türkiyə mənbələri Prezident Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə Qabondakı çıxışını xatırladıb. Ərdoğan Qərb ölkələrinin Afrika ölkələrinə qarşı ədalətsiz davranışlarından danışmışdı. “Afrikanın brilyantlarını, qızıllarını, yeraltı sərvətlərini, hətta insanlarını da götürüb, geridə qalanları yoxsulluğa düçar edənlər vaxtı gələndə mütləq hesabını verəcək” - Ərdoğan Qabondakı çıxışında deyib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur