Moskvanın Vaqnerlə bağlı planı nədir?
Tarix: 1-09-2023, 08:29
Baxılıb: 1 132
Google+ Paylaş
Tumblr Paylaş

Moskvanın Vaqnerlə bağlı planı nədir?

1-09-2023, 08:29

Rusiya Müdafiə Nazirliyi Afrika və Yaxın Şərqdə yerləşən "Wagner" Özəl Hərbi Şirkətinin muzdlularına nəzarət etməyi planlaşdırır.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, “Wagner”in əməliyyatlarının idarə edilməsi Müdafiə Nazirliyi ilə əlaqəli silahlı podratçı tərəfindən həyata keçirilə bilər.

Bundan əlavə, ÖHŞ-nin bütün gizli xarici şəbəkəsinin Rusiya hərbi komandanlığına tabe edilməsi planlaşdırılır. Bu, gələcəkdə "Wagner"in təşkil etdiyi üsyanların qarşısını almağa imkan verəcək.

Qeyd edək ki, bu yaxınlarda Vladimir Putin “Wagner”in Rusiya ordusuna qoşulmasına icazə verən fərman imzalayıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ