Tiflisdə leysan hərəkəti iflic etdi
Tarix: 30-08-2023, 08:31
Baxılıb: 1 111
Google+ Paylaş
Tumblr Paylaş

Tiflisdə leysan hərəkəti iflic etdi

30-08-2023, 08:31

Leysan yağışları və güclü külək Gürcüstanın paytaxtı Tbilisidə ciddi problemlər yaradıb.

Tbilisinin mərkəzi küçələrindəki sosial obyektlərin, evlərin birinci mərtəbələrinə, tunel və yeraltı keçidlərə su dolub. Güclü külək paytaxt ərazisində çoxlu sayda ağacı aşırıb. Nəticədə elektrik və qaz xətləri sıradan çıxıb.

Tbilisi meriyası güclü leysan yağışları və külək ilə əlaqədar şəhər sakinlərinə müraciət edib.

Vətəndaşlara mümkün qədər küçələrə çıxmamaqları tövsiyə edilib.

Tbilisi meriyasında vətəndaşlar və şəhərin qonaqları üçün qaynar xətt yaradılıb – 2 72 22 22

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ