“Vaqner” lideri Yevgeni Priqojin qəzadan bir neçə gün öncə Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Akranj Tuadera ilə görüşüb.
Bu barədə “Voll Strit Jurnal” yazıb.
Məlumata görə, Priqiojinin təyyarəsi avqustun 8-də MAR-ın paytaxtı Banqiyə enib:
“Fosten-Akranj Tuadera ilə görüşü zamanı Priqojin iyunda Rusiyada uğursuz qiyam cəhdinin “Vaqner”in Afrikadakı işinə mane olmayacağını deyib. Priqojin rəsmilərin təhlükəsizliyini təmin etmək və kənd təsərrüfatına yeni investisiyaları təşviq etmək üçün Mərkəzi Afrika Respublikasında "Vaqner"in mövcudluğunu gücləndirəcəyini vəd edib.
Növbəti gün Priqojin Sudandakı Çevik Reaksiya Qüvvələri ilə görüşüb və onlara Sudan ordusuna qalib gəlməkdə yardım edib. Hətta “Vaqner” Xartumda hərbi bazanın ələ keçirilməsində iştirak edib. Əvəzində isə Priqojinə qızıl verilib. Daha sonra Proqojin Maliyə, oradan da Moskvaya uçub”.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb