İranda türkmən fəal yoxa çıxdı
Tarix: 23-08-2023, 16:11
Baxılıb: 1 531
Google+ Paylaş
Tumblr Paylaş

İranda türkmən fəal yoxa çıxdı

23-08-2023, 16:11

İranın Xorasan əyalətində yaşayan türkmən fəal Məhəmməd Bərzgər Dəvin (Dəşmirgücü) yoxa çıxıb.

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilir ki, fəal hökumət məmurları tərəfindən saxlanılsa da, dövlət qurumları onun barəsində açıqlama verməkdən imtina edir.

Fəalın sosial media kanalının fəaliyyəti də dayandırılıb.

Qeyd edək ki, Məhəmməd Bərzgər türkmənlərin hüquqlarının müdafiəsi və İranda türk dilində təhsilin tədrisin tanınmış tərəfdarlarındandır.

Onun bu barədə, eləcə də türkmənlərin mədəni hüquqları ilə bağlı yazıları xaricdə nəşr olunan media orqanları və türkdilli mediada nəşr edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ