Rusiya xüsusi xidmət orqanlarının bir sıra nümayəndələri Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunun istefaya göndərilməsinin tərəfdarıdırlar.
Bu barədə “Blumberq” mənbələrinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, FTX-dəki bəzi sərt xətt tərəfdarları ölkənin hərbi rəhbərliyində dəyişiklikdə israr edən “Vaqner” rəhbəri Yevgeni Priqojinin tələblərini dəstəkləyib.
Hətta onların Ukraynada daha aqresiv müharibə aparmağı, ölkədə hərbi vəziyyət və irimiqyaslı səfərbərlik elan edilməsini istəyirlər.
“Lakin hazırda Kremlin Şoyqu və Gerasimovu vəzifələrindən uzaqlaşdırmağa hazırlaşdığına dair heç bir əlamət yoxdur. Əksinə, hakimiyyət ölkənin hərbi rəhbərliyini tənqid edənləri cəzalandırır. "Vaqner" qiyamından sonra Priqojinə yaxın olan general-polkovnik Sergey Surovikin dindirildi və yoxa çıxdı”, - nəşr bildirib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur