Türkiyədə iki ailə arasında dava: 41 nəfər yaralandı
Tarix: 18-08-2023, 09:47
Baxılıb: 1 503
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə iki ailə arasında dava: 41 nəfər yaralandı

18-08-2023, 09:47

Türkiyənin Batman şəhərinin Beşiri rayonunda iki ailə arasında baş verən kütləvi dava zamanı onlarla insan xəsarət alıb.

Gənclər arasında kafedə başlayan mübahisə iki ailə arasında kütləvi davaya çevrilib. Tərəflərin bir-birinə daş, dəyənək və bıçaqla hücum etməsi nəticəsində 41 nəfər yaralanıb.

Sakinlər təcili zəng mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım qrupları göndərilib.

Polisin müdaxiləsi ilə dayanan davadan sonra yaralılar təcili yardım maşınları tərəfindən xəstəxanalara çatdırılıblar.

Polis hadisə iə bağlı araşdırmaya başlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ