İstanbulun 61 günlük su ehtiyatı qalıb?
Tarix: 17-08-2023, 08:00
Baxılıb: 1 077
Google+ Paylaş
Tumblr Paylaş

İstanbulun 61 günlük su ehtiyatı qalıb?

17-08-2023, 08:00

İstanbulu təmin edən su anbarlarında cəmi iki aylıq su qalıb. Quraqlıq davam edərsə, vəziyyət kritikləşə bilər.

Bu barədə NTV telekanalı məlumat yayıb.

“Şəhərin 91 günlük su ehtiyatı var. Lakin bu suyun 25 faizinin buxarlandığını nəzərə alsaq, ehtiyatın cəmi 61 günlük olduğunu deyə bilərik”, - telekanal bildirib.

İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına görə, çərşənbə günü su anbarlarının dolma dərəcəsi 33,37 faiz - 289 milyon kubmetrdən çoxdur. Son iki həftə ərzində şəhərdə orta hesabla sutkada 3-3,5 milyon kubmetrə qədər su istehlak edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ