Ermənistanın 1200-dən çox vətəndaşı “Little Big” qrupunun təsisçisi İlya Prusikinə (Rusiyada xarici agent kimi tanınıb) qarşı cinayət işinin başlanması və onun avqustun 12-də İrəvanda keçiriləcək konsertinin qadağan edilməsi tələbi ilə Respublika Baş Prokurorluğuna müraciət imzalayıb.
Bu barədə vəkil Ara Zöhrabyan məlumat verib.
“Müğənni İlya Prusikin bir neçə ay əvvəl xristian xaçını skeytbord kimi istifadə edərək Milad bayramında keşiş qiyafəsi geyinib. Bu yolla o, xristian dəyərlərini ələ salıb və xristianların dini hisslərini təhqir edib. Bir gündə 1257 həmvətənimiz cinayət işinin qaldırılması ilə bağlı bəyanat imzalayıb. İşin açılması tələbi rəsmən Baş Prokurorluğa göndərilib”, - o, Facebook səhifəsində yazıb.
Qeyd edək ki, yanvar ayında Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Prusikini xarici agentlərin reyestrinə daxil edib. Onun xarici mənbələrdən dəstək aldığı, Ukraynadakı müharibəni dayandırmağa çağırışlarla dost olmayan ölkələrdə konsertlər verdiyi, habelə dövlət orqanlarının fəaliyyəti ilə bağlı yalan məlumatlar yaydığı bildirilib.TASS

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası