Rusiya Qara dəniz üzərində ölkə sərhədinə yaxınlaşan ABŞ-ın “MQ-9A Reaper” tipli pilotsuz uçuş aparatına qarşı Su-30 qırıcı təyyarəsini havaya qaldırıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Qara dəniz üzərində Rusiyanın hava məkanına yaxınlaşan hava hədəfi müəyyən edilib. Hava hücumundan müdafiə vəzifələrini yerinə yetirən Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus Su-30 qırıcısı havaya qaldırılıb. Döyüş təyyarəsi Rusiya dövlət sərhədlərinin pozulmasının qarşısını alıb. Rusiya təyyarəsinin yaxınlaşması ilə ABŞ PUA-sının Rusiya sərhədindən uzaqlaşdığı bildirilib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb