Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Körfəz ölkələrinə səfər çıxmağı planlaşdırır.
Bu barədə “CNN Turk” məlumat yayıb.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın avqust ayında Bəhreyn, Oman, Küveyt və İraqa səfər edəcəyi gözlənilir.
İnfomasiyaya əsasən, Rəcəb Tayyib Ərdoğan sentyabrda “Böyük-20”liyin (“G-20”) sentyabrın 9-10-da Hindistanda keçiriləcək sammitində, sentyabrın 18-19-da isə ABŞ-a səfər edərək BMT Baş Assambeyasının sessiyasında iştirak edəcək. Məlumata görə, sentyabr ayında onun Almaniyaya səfəri də planlaşdırılıb.
Xatırladaq ki, o, bir müddət əvvəl Səudiyyə Ərəbistanın, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası