İranda kəskin istilərə görə tətil elan olundu
Tarix: 2-08-2023, 08:29
Baxılıb: 1 075
Google+ Paylaş
Tumblr Paylaş

İranda kəskin istilərə görə tətil elan olundu

2-08-2023, 08:29

İran hökuməti anomal yüksək hava istiliyinə görə avqustun 2-si və 3-ü istirahət günü elan edib.

Ölkə hökumətinin sözçüsü Əli Bahadori Cəhromi bildirib ki, “dövlət idarələrinin, bankların və məktəblərin çərşənbə və cümə axşamı bağlanması qərarı istilər səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayının artması ilə bağlı xəbərlər fonunda verilib”.

Qeyd edək ki, çərşənbə axşamı Tehranda temperatur 38 dərəcəyə, Əhvazda isə 50 dərəcəyə çatıb. Çərşənbə və cümə axşamı havanın temperaturunun 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

İranın səhiyyə nazirinin müavini Səid Kərimi ölkə üzrə tibb müəssisələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Onun sözlərinə görə, risk qrupuna dörd yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı insanlar, diabet və ürək xəstəliyi olanlar daxildir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ