Türkiyənin İzmir şəhərində metro və tramvay işçiləri tətil edirlər.
Bu barədə “Ticari Hayat” məlumat yayıb.
Məlumata görə, tətil səbəbində metro və tramvaylar fəaliyyətini tam dayandırıb, ictimai nəqliyyat iflic olub.
Tətilə səbəb kollektiv əmək müqaviləsi zamanı razılıq əldə edilməməsidir.
İzmir Böyükşəhər Bələdiyyəsinin rəhbəri Tunç Soyer deyib ki, metro və tramvay işçilərinə maaş artımı 25 min lirə (100% artım) təklif edilib. Ancaq Həmkarlar İttifaqı bu rəqəmə razı olmayıb və 39 min 685 lirə (2502 manat) tələb ediblər.
Həmkarlar İttifaqının tələbi yerinə yetirilmədiyi üçün tətil qərarı verilib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb