ABŞ daha iki hücum gəmisi göndərir- SƏBƏB NƏDİR?
Tarix: 21-07-2023, 08:20
Baxılıb: 1 074
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ daha iki hücum gəmisi göndərir- SƏBƏB NƏDİR?

21-07-2023, 08:20

"ABŞ Hörmüz boğazında hərbi varlığını iki amfibiya hücum gəmisi ilə gücləndirir.

Bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayın.

ABŞ beynəlxalq gəmiçiliyi İran tərəfindən törədilən təhlükədən qorumaq üçün Hörmüz boğazında iki amfibiya hücum gəmisi yerləşdirəcək. "USS Bataan" və "USS Carter Hall" amfibiya hücum gəmiləri daha əvvəl göndərilən "USS Thomas Hudner" esminesi, F-16 və F-35 qırıcıları ilə birlikdə bölgədə tapşırıqları yerinə yetirəcək.

Pentaqon bu qərarı İranın son zamanlar ticarətin azad axınını təhdid etmək cəhdlərinə cavab adlandırıb.

Bundan əvvəl ABŞ-nin Hörmüz boğazında gəmilərin İranın ələ keçirilməsindən qorunmasına kömək etmək üçün Fars körfəzinə "F-16" qırıcıları göndərdiyi bildirilirdi. Bu tədbir İranın boğazda iki neft tankerini qaçırmağa cəhd etməsindən bir həftə sonra görülüb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ