İstanbulda Gülənin qardaşı oğlu saxlanıldı
Tarix: 14-07-2023, 09:27
Baxılıb: 1 567
Google+ Paylaş
Tumblr Paylaş

İstanbulda Gülənin qardaşı oğlu saxlanıldı

14-07-2023, 09:27

İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və MİT-in birgə keçirdiyi əməliyyat çərçivəsində FETÖ lideri Fəthullah Gülənin qardaşı Məsih Gülənin oğlu Salman Gülən, barəsində axtarış qərarı olan həyat yoldaşı Nur Gülən, qayınatası Bəkir Öztürk, qayınanası Mina Öztürk ilə birlikdə Sancaktəpədəki gizli evlərin birində yaxalanıblar.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

İstintaq çərçivəsində qaçaq şəxslərin 1 ilə yaxındır ki, sözügedən evdə gizləndikləri, təşkilat rəhbərinin əmri ilə banka pul yatırdıqları, qurumun dərnək və vəqflərində rəhbər vəzifələr tutduqları, təşkilatın yuxarı rəhbərliyində olan şəxslərlə təmasda olduqları üzə çıxıb.

Təşkilatın hazırkı maliyyə strukturunda Salman Gülənin hələ də aktiv olduğu müəyyən edilib.

Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallarla yanaşı, külli miqdarda xarici valyuta və 2 ədəd saxta şəxsiyyət vəsiqəsi müsadirə edilib.

Şübhəli şəxslər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ