Planlarını açıqladı: Azərbaycan yaxınlığında “yeni dövlət” - Skandal xəritə
Tarix: 7-07-2023, 21:33
Baxılıb: 2 432
Google+ Paylaş
Tumblr Paylaş

Planlarını açıqladı: Azərbaycan yaxınlığında “yeni dövlət” - Skandal xəritə

7-07-2023, 21:33

YPG terror təşkilatının lideri Məzlum Kobani (Fərhad Abdi Şahin) “kürd dövləti” xülyasından danışıb.
Teleqraf.com xəbər verir ki, baş terrorçu Yaxın Şərqdə “varlıqlarını təmin etmək və xəritədə yerlərini tutmaq” fürsəti əldə etdiklərini iddia edib.
“Kürdüstan”ın dörd hissəsi – “Bakur”, “Başur”, “Rojhilat” və “Rojava”da “qəsb edilmiş haqlar”ını təmin etmək üçün mübarizə apardıqlarını deyən Şahin terror təşkilatının tərəfdarlarına çağırış edib.
YPG lideri çıxışında bu separatçı ifadələri işlədib:
“Əldə etdiklərimizi qorumaq üsullarını gücləndirməliyik. Bakur, Başur, Rojava və Rojlihatda mühüm qazanclar var, onları qorumaq lazımdır. Müqavimətimizi və mübarizəmizi gücləndirək, gücümüzü və səsimizi birləşdirək”.
PKK terror təşkilatının YPG, PYD və HDP kimi qanadları hər fürsətdə “dörd hissəli Kürdüstan” xülyalarını dilə gətirirlər. Məzlum Kobani “Bakur” deməklə Türkiyənin Şərq və Cənub-Şərq vilayətlərini nəzərdə tutur. “Bakur” Türkiyəninin, “Başur” İraqın, “Rojava” Suriyanının, “Rojhilat” isə Güney Azərbaycanın bir hissələrini əhatə edir. Son olaraq, bu skandal və təxribatçı ifadələri HDP-dən Fələknaz Uca dilə gətirmişdi.
“Kürdüstan Milli Konqresi keçirilsə, Kürdüstan coğrafiyasının 4 hissəsini xilas etmək olar”, - terrorçu demişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ