Vaşinqtonda erməni təxribatına qarşı aksiya keçirildi
Tarix: 30-06-2023, 08:26
Baxılıb: 1 079
Google+ Paylaş
Tumblr Paylaş

Vaşinqtonda erməni təxribatına qarşı aksiya keçirildi

30-06-2023, 08:26

Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.

Soydaşlarımız əllərində Azərbaycan və Türkiyə bayraqları, ingilis dilində şüarlar yazılmış plakatlarla Ermənistanın ABŞ-dakı səfirliyinin binasının önündə toplaşıblar.

Aksiya iştirakçıları "Qarabağ Azərbaycanındır", "Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk etməlisən!", "Ermənistan müharibə cinayətkarıdır", "Müharibəyə son" şüarları səsləndirib, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb ediblər.

Şüarlarda bölgədə sülhün bərqərar olmasına əngəllər yaradan Ermənistanın dünya ictimaiyyəti tərəfindən qınanılması tələb olunub.

İki saat davam edən aksiya zamanı ABŞ polisi həmvətənlərimizin təhlükəsizliyini qoruyub. Aksiya insidentsiz başa çatıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ