Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə baş verən müharibə vaxtı ordusunun xeyli itki verdiyi etiraf edib və bunun səbəblərini açıqlayıb.
Ermənistan mediasının məlumatına görə, bu barədə o, 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında danışıb.
Hökumət başçısı qeyd edib ki, ordunun hərəkət üsullarında problemlər olub.
“Bizim itkilərimizin böyük hissəsi döyüşlərdə deyil, yürüşlərdə, mövqe dəyişikliyi zamanı baş verirdi: İri maşınlar, böyük dəstələrlə hərəkət edir və müvafiq olaraq yaxşı müşahidə olunurduq”, - deyə baş nazir vurğulayıb.
N.Paşinyan həmçinin əlavə edib ki, Ermənistan ordusunda mobillik, kadrların köçürülməsinin səriştəli təşkili məsələsi də qızğın müzakirə mövzusudur.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb