Priqojina Belarusa gedəcək-İŞİNƏ XİTAM VERİLƏCƏK
Tarix: 24-06-2023, 23:56
Baxılıb: 2 445
Google+ Paylaş
Tumblr Paylaş

Priqojina Belarusa gedəcək-İŞİNƏ XİTAM VERİLƏCƏK

24-06-2023, 23:56

"Priqojina qarşı cinayət işinə xitam veriləcək, o, Belarusa gedəcək".
 Rusiya mediası xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, "Vaqner" döyüşçüləri cinayət məsuliyyətinə cəlb edilməyəcək.
Mətbuat katibi qeyd edib ki, vəziyyət itkisiz həll olunub.
Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ