Lukaşenko Vaqner məsələsini necə həll etdi?
Tarix: 24-06-2023, 20:48
Baxılıb: 1 086
Google+ Paylaş
Tumblr Paylaş

Lukaşenko Vaqner məsələsini necə həll etdi?

24-06-2023, 20:48

Bu gün səhər Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarına “Vaqner” özəl hərbi şirkətinin Rusiyanın cənubundakı fəaliyyəti ilə bağlı vəziyyət barədə məlumat verib. Dövlət başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

Bu barədə Belarus Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Lukaşenko Putindən razılıq alaraq, öz kanalları vasitəsilə vəziyyəti dəqiqləşdirmək üçün “Vaqner” rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb:

“Danışıqlar gün ərzində davam edib. Nəticədə Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəlinib. Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.

Hazırda, Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri ilə vəziyyəti həll etmək üçün tamamilə sərfəli və məqbul bir seçim masadadır

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ