“Əminəm ki, Laçın rayonunun iqtisadi potensialı böyükdür”.
Bunu Qazaxıstan səfiri Alim Bayel Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri çərçivəsində jurnalistlərə bildirib.
“Bu gün biz səfirlər olaraq Azərbaycanın ən gözəl rayonlarından biri olan Laçın rayonuna gəlmişik. Burada artıq quruculuq və abadlıq işləri görülür.
Laçın rayonunun bəzi sakinləri artıq öz doğma yurdlarına qayıdıblar. Bizim onlarla danışmaq imkanımız olub.
Rayonun təbiəti çox gözəldir və əminəm ki, iqtisadi potensialı da böyükdür.
Ümid edirik ki, artıq bu regiona sülh və inkişaf gələcək. Bu bizim hər birimiz üçün önəmlidir”, - diplomat deyib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb