İtkin düşən qayıqla bağlı xəbər var
Tarix: 20-06-2023, 08:19
Baxılıb: 1 086
Google+ Paylaş
Tumblr Paylaş

İtkin düşən qayıqla bağlı xəbər var

20-06-2023, 08:19

Turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayığın Atlantik okeanında itkin düşən turistlərdən biri Feysbukda paylaşım edib.

Dalğıc Qoldenin sözlərinə görə, onun və bütün ekipaj üzvlərinin vəziyyəti yaxşıdır. O, sualtı qayıqdakıların adlarını açıqlamamağı və bu mövzuda spekulyasiya etməməyi xahiş edib.

Turist əlavə edib ki, onların vəziyyəti ilə axtarış-xilasetmə xidməti məşğul olur. Dalğıc onların internetə çıxışının məhdud olduğunu da açıqlayıb və lazım gəldikdə paylaşımlar edəcəyini söz verib.

“(Hadisəyə-red) reaksiyalar və dünyanın hər yerindən gələn yardım təklifləri həqiqətən heyrətamizdir və yalnız belə bir zamanda insanların əsl xeyirxahlığını göstərir”, - paylaşımda qeyd olunur.

Qeyd edək ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq dünən Atlantik okeanında itib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ