Bu ölkə ilə bağlı ŞOK PROQNOZ
Tarix: 13-06-2023, 08:21
Baxılıb: 1 222
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkə ilə bağlı ŞOK PROQNOZ

13-06-2023, 08:21

Hindistanın meteorologiya departamenti ölkənin qərbindəki Qucarat ştatının sahilboyu yaşayış məntəqələrində “Biparcoy” fırtınası ilə əlaqədar xəbərdarlıq elan edib.

Ərəb dənizindən saatda 7 kilometr sürətlə Qucarat ştatına çatan qasırğanın iyunun 15-dək ciddi fəsadlar törədə biləcəyi, tikililəri dağıdacağı, kommunikasiya xətlərinə ziyan vuracağı proqnozlaşdırılıb.

Küləyin sürətinin saatda 150 kilometrə çatacağı bildirilir. Ehtimal olunan təbii fəlakətlə mübarizə üçün müvafiq qurumlara tapşırıqlar verilib.

“Biparcoy” ilə əlaqədar bölgədə balıqçılara növbəti 5 gün ərzində dənizə çıxmamaq tövsiyə olunub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ