Partizanların sızdığı rus vilayətində son durum – Əhaliyə xəbərdarlıq edildi
Tarix: 24-05-2023, 23:14
Baxılıb: 2 467
Google+ Paylaş
Tumblr Paylaş

Partizanların sızdığı rus vilayətində son durum – Əhaliyə xəbərdarlıq edildi

24-05-2023, 23:14

“Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun döyüşçüləri Rusiyanın Belqorod vilayətində qarşılarına qoyduqları vəzifələri yerinə yetirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Təhlildə o da bildirilir ki, Rusiya qüvvələri bölgədə “antiterror əməliyyatı”nı bitirib və onları sərhədə qədər sıxışdıra bildiklərini açıqlayıblar. Öz növbəsində, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bölgə sakinlərini geri qayıtmamağa və vəziyyətin sabitləşməsini gözləməyə çağırıb.
Mayın 23-nə olan məlumata görə, Rusiya qüvvələri “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun bölmələrini ən azı sərhədyanı Kozinka kəndinə qədər və ola bilsin, kənara sıxışdırıblar.
Bundan əlavə, internetdə rusların Kozinka və sərhəd keçid məntəqəsinə nəzarəti bərpa etdiklərini göstərən görüntülər yayılıb. Ekspertlər güman edirdilər ki, könüllülər mayın 23-də əməliyyatın davam etdiyini iddia etsələr də, kənddə görünmürlər.
Analitiklər həmçinin Rusiyanın Ukrayna qüvvələrinin Xarkov və Belqorod arasındakı sərhədi keçməsi ilə bağlı iddialarının təsdiqini tapmayıblar.
“Rusiya informasiya məkanı əsasən reydlərin iddia edilən hədəfləri və Rusiyanın müvafiq addımları üzərində hiperfiksasiya olunub”, - ekspertlər deyirlər.
Mayın 22-də Ukrayna tərəfində döyüşən rusiyalı könüllülər Belqorod vilayətinə hücum ediblər. Bundan sonra Rusiya müdafiə naziri Sergey Şoyqu 70-dən çox “diversant”ın, eləcə də avtomobil və zirehli texnikanın məhv edilməsi barədə məlumat verib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ