Ukrayna ordusu Kupyansk, Liman, Baxmut, Avdeyevka və Marinka istiqamətlərində rusların çoxsaylı hücumlarını dəf etməkdə davam edir. Son sutka ərzində ruslar bu cəbhə xəttində 37 hücum həyata keçirməyə cəhd ediblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ötən sutka ərzində Baxmut istiqamətində ruslar İvanovskoye qəsəbəsinin cənubunda itirilmiş mövqelərini bərpa etməyə çalışıblar. Düşmən Qriqorovka istiqamətində də uğursuz hücum əməliyyatları keçirib. Baxmut uğrunda döyüşlər davam edir. Düşmən Donetsk vilayətinin Vasyukovka, Markovo, İvanovskoye, Belaya Qora, Toretsk və Nyu-York yaşayış məntəqələrini atəşə tutub. Kupyansk istiqamətində ruslar Masyutovka ərazisində irəliləməyə çalışıblar. Xarkovun müxtəlif əraziləri artilleriya və minaatanlardan atəşə tutulub. Liman istiqamətində isə Rusiya ordusu Nevski vilayətinə aviasiya zərbələri endirib”, - məlumatda deyilib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb