Azərbaycandakı Türkiyə vətəndaşları yenidən  səs verir
Tarix: 20-05-2023, 09:21
Baxılıb: 1 510
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycandakı Türkiyə vətəndaşları yenidən səs verir

20-05-2023, 09:21

Prezident seçkilərinin ikinci turu ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi mayın 20-də yerli vaxtla saat 08:00-də səsverməyə açılıb.

Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər.

Səsvermə prosesinə mayın 22-də yekun vurulacaq.

Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verəcəklər.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçirilir. Seçkilərin ikinci turunda qalib gələn iki namizəddən biri Türkiyə Prezidenti olacaq.

Seçkilərin 2-ci turunda mübarizə aparan hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 49,52 faiz səs toplayıb. Müxalifət lideri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs yığıb//axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ