14 mayda Türkiyədə baş tutan prezident seçkilərində namizədlər 50+ faiz səs toplamadıqları üçün mayın 28-də ikinci tur keçiriləcək.
İkinci turda Cümhur İttifaqından prezidentliyə namizəd, indiki Prezident Rəcəb Tayyib Ərdoğan “Altılı masa”dan prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu ilə mübarizə aparacaq.
Mayın 14-də keçirilən seçkidə Ərdoğan 49.52 faiz (27 milyon 133 min 837 səs) toplamışdı. Kılıçdaroğlunun isə topladığı səs daha az idi – 44.88 faiz (24 milyon 594 min 932 səs).
Maraqlıdır ki, Ərdoğanın elə ilk turda prezident seçilməsi üçün 0.48 faiz, yəni 263 001 səsi çatmadı.
Bu da ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğanın topladığı səslərin (2 milyon 831 min) 9.29 faizidir.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb