Mahirin oyununu hələ "Qarabağ"da çıxış edərkən izləmişdim, istedadlı futbolçudur.
Bunu Report-a müsahibəsində Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş azərbaycanlı futbolçuların qardaş ölkədə legioner həyatı yaşaması barədə danışarkən deyib.
71 yaşlı mütəxəssis daha əvvəl Rəşad Sadıqovun da Türkiyədə oynadığını xatırladıb:
"Onunla da əlaqəm var, hərdən danışırıq. Yəni, Azərbaycanda da futbolçu yetişir. Amma onların inkişafı üçün uzunmüddətli plan lazımdır. Problem məhz bundadır. Avrokuboklarda oynamaq üçün hazır futbolçu lazımdır. Bu zaman ən asan yol legioner götürməkdir. Halbuki əlindəki yerlilərin meydana çıxmağa ehtiyacı var. Onlara daha çox şərait yaratmaq lazımdır. Əvvəlcə əlimizdəkindən istifadə etməliyik. Keçmişdə imkanlar məhdud idi. Amma indi elə deyil".

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu