Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və Gürcüstanla birbaşa uçuşların bərpası qəbuledilməzdir.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Növbəti Rusiya təxribatı. Ukraynada münaqişə davam etdiyi və Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadığı müddətdə Rusiyanın viza rejimini ləğv etməsi və birbaşa uçuşların bərpası qəbuledilməzdir”, - Zurabişvili bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə bağlı fərman imzalayıb.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb