Tehran bu yolla Bakıdan “əvəz” çıxdı – Bilgin
Tarix: 6-05-2023, 09:16
Baxılıb: 1 507
Google+ Paylaş
Tumblr Paylaş

Tehran bu yolla Bakıdan “əvəz” çıxdı – Bilgin

6-05-2023, 09:16

İran tərəfindən Azərbaycanın 4 diplomatına qarşı belə bir hərəkətin olacağı gözlənilən idi. Öz diplomatlarının Azərbaycandan çıxarılmasına cavab vermək istəyən İran bu cür addım atdı.

Bu sözləri güneyli tanınmış siyasətçi, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin İranın 4 diplomatımızı arzuolunmaz şəxs elan etməsini şərh edərkən deyib.

Ölkə parlamentində qarşılıqlı addım prinsipi ilə bağlı tələblərin olduğunu deyən Bilgin Tehranın çoxdan gözlədiyi fürsəti dəyərləndirdiyini qeyd edib:

“İran Azərbaycanla bağlı mənfi münasibətləri nə olursa olsun gündəmdə tutmağa çalışır. Son bir aya nəzər salsaq görərik ki, İranın yüksək səviyyəli şəxslərindən İran ordusunun Quru Qoşunlarının Komandanı Kiyumərs Heydəri, XİN sözçüsü Nasir Kənani, SEPAH-ın komandiri İsmayıl Qaani Azərbaycana qarşı sözdə hücuma keçiblər. Üçünün də danışıqlarına baxsaq, görərik ki, İranın strateji hədəfləri birbaşa Ermənistanı dəstəkləmək və Azərbaycana hücumları taktiki olaraq gündəmdə saxlamaqdır. Atdıqları son addım da eyni siyasətdən qaynaqlanır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ