Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson mayın sonunda Azərbaycana səfər edəcək.
Bu barədə Report-a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld deyib.
Onun sözlərinə görə, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsində iştirak etmək üçün Bakıya gələcək.
Xatırladaq ki, çayın 31-dən iyunun 3-dək Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci “Caspian Oil & Gas” beynəlxalq sərgisi, 11-ci “Caspian Energy and Green Energy” Beynəlxalq “Caspian Power” sərgisi və 28-ci Bakı Enerji Forumu keçiriləcək.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Çin, Küveyt, Monako, Hollandiya, Norveç, BƏƏ, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, ABŞ, Tayland, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və Yaponiyadan olan 164 şirkət iştirakını təsdiqləyib.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası