Böyük Britaniyanın Müdafiə Nazirliyi Kremlə hücumla bağlı diqqətçəkən iddia səsləndirib.
Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi “Sky News”a açıqlamasında bildirib ki, Kremlə hücumu Rusiya özü təşkil edib. Onun iddiasına görə, Kremlə hücum etmək Ukraynaya heç nə qazandırmaz. Rəsmi qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə qalmadığı məlumdur. Belə olan halda Kremlə hücum təşkil edilməsinin əsası yoxdur.
Böyük Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya özü Kremlə hücum etməklə ölkədəki siyasi birliyi təmin etməyə çalışır və Ukraynaya qarşı daha aqressiv siyasət həyata keçirməyə şərait yaradır.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb