İranın mövqeləri bombardman edildi
Tarix: 29-04-2023, 22:50
Baxılıb: 2 451
Google+ Paylaş
Tumblr Paylaş

İranın mövqeləri bombardman edildi

29-04-2023, 22:50

Suriyanın Hums əyalətinə hava zərbələri endirilib.
AvroMedia.az xəbər verir ki, bu barədə İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Qrupu məlumat verib və bunun İsrail tərəfindən həyata keçirildiyi iddia edilib.
Suriya rejiminə bağlı media da İsraili günahlandırıb və qeyd edib ki, Təl-Əviv bundan əvvəl Qusayr yaxınlığındakı Əl-Dəba aerodromunu hədəfə alıb.
Hums əyalətindəki hədəflər raket zərbələri ilə məhv edilib. “Halab Today” İsrailin Bəşər Əsəd rejimi və İrana məxsus hərbi mövqeləri bombaladığını yazıb.
Martın sonu - aprelin əvvəllərindəki hücumlarda 2 SEPAH hərbçisi məhv edilmişdi.
İsrail fevralda Suriyanın şimalında minlərlə insanın itkisinə səbəb olan zəlzələdən sonra İranın yardım adı altında bölgəyə silah göndərdiyini açıqlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ