“İrandakı etirazlarda cinlər iştirak edib” - VİDEO
Tarix: 26-04-2023, 21:17
Baxılıb: 3 340
Google+ Paylaş
Tumblr Paylaş

“İrandakı etirazlarda cinlər iştirak edib” - VİDEO

26-04-2023, 21:17

Son zamanlar İran hakimiyyətinə məxsus məxfi sənədlərin mediaya sızması mütəmadi xarakter alıb.
Görünən odur ki, rejimin süqutu yaxınlaşdıqca, hakimiyyətdaxili mübarizə daha da kəskinləşib və rəqib cinahlar, yaxud mövcud quruluşdan əlini üzmüş qruplar gizli məlumatların yayılmasında maraqlı olmağa başlayıblar.
Eyni zamanda “Əli ədaləti” və “Blək revord” kimi İran haker qrupları da vaxtaşırı hakimiyyətə aid məxfi sənədləri, audio və video faylları ələ keçirib ictimailəşdirirlər. Bu materiallar rejimin siyasi mətbəxini əks etdirdiyi üçün, bir qayda olaraq, böyük maraqla qarşılanır.
Ötən həftə “Digərban” saytının yaydığı məxfi səs yazısı da bu baxımdan istisna deyil. Saytın bildirdiyinə görə, yarım saatlıq səs yazısı qapalı bir toplantıda “Ettelaat”ın, yəni İran Kəşfiyyat Nazirliyinin yüksək rütbəli zabitinin ölkədəki son kütləvi etirazlar barədə çıxışını ehtiva edir. Toplantının vaxtı dəqiq bilinməsə də, natiqin “fitnə” adlandırdığı etirazların təqribən bitdiyini bəyan etməsi onun lap son dövrə aid olduğunu söyləməyə əsas verir. Sözügedən səs yazısı İran hakimiyyətinin ötən ilin sentyabr ayından ölkəni bürümüş etirazların səbəbləri və gedişinə ümumi baxışını əks etdirmək baxımından olduqca maraqlı və önəmli olsa da, çıxış edən “Ettelaat” məmurunun nitqinin sonlarına doğru vurğuladığı bir məqama görə həm də heyrətamiz sayıla bilər. Belə ki, o, etirazları təşkil edən xarici qüvvələr və daxili iğtişaşçılar haqqında ətraflı bəhs etdikdən sonra:
“Bütün bunlar bir tərəfə, çox mühüm məsələ odur ki, əvvəlkilərdən fərqli olaraq budəfəki etirazlara şeytani cinlər də qoşulmuşdular” – deyə, sensasion bir açıqlama verib.
O, əlavə edib ki, Qurandan cinlərin bəzən müstəqim şəkildə meydana girdiklərini bilirik, məsələn, bu, Süleyman peyğəmbərin dövründə baş verib. Bu mənada o, İranda çəkilmiş “Süleyman mülkü” filmində məsələnin dəqiq əks etdirildiyini bildirib və qeyd edib ki, həmin filmdə göstərildiyi kimi, havada qara ləkələr şəklində hərəkət edən cinlər imanı zəif olan insanların bədəninə girir və onları hətta öz yaxınlarını belə öldürməyə təhrik edirlər.
“Ettelaat” məmuru həmin filmdən Süleyman peyğəmbərin belə bir fikrini xatırladır ki, biz cinləri qovduq, amma axır zamanda onlar yenə gələcəklər və cinlərlə ciddi döyüş onda olacaq.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ