İsveç 5 rus diplomatının diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlərə görə ölkədən çıxarılacağını açıqlayıb.
Bu barədə İsveçin Xarici İşlər Nazirliyi açıqlama verib. Qeyd edilib ki, İsveç hökuməti Rusiya kəşfiyyatının yaratdığı təhlükəsizlik təhdidini çox ciddi qəbul edir. Nazirliyin açıqlamasına görə, Rusiya səfirliyində çalışan 5 nəfərin diplomatik münasibətlərə dair Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlərinə görə İsveçdən getmələri tələb edilib.
Xarici İşlər Nazirliyi rusiyalı diplomatların fəaliyyəti ilə bağlı təfərrüatları açıqlamasa da, İsveç təhlükəsizlik xidmətinin Rusiyanın İsveçdə davamlı olaraq kəşfiyyat məlumatı topladığı barədə məlumat verdiyini bildirib. Rusiyanın İsveçdəki səfirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb