Beş diplomat ölkədən çıxarılır
Tarix: 25-04-2023, 21:49
Baxılıb: 2 634
Google+ Paylaş
Tumblr Paylaş

Beş diplomat ölkədən çıxarılır

25-04-2023, 21:49

Rusiyalı beş diplomat İsveçdən çıxarılır.
Bu barədə İsveçin xarici işlər naziri Tobias Billstrem bəyan edib.
Qurum rəhbəri bunu onların fəaliyyətinin diplomatik statusla bir araya sığmaması ilə izah edib. O, İsveç hakimiyyətinin qərarının artıq Rusiya səfiri Viktor Tatarintsevə elan edildiyini vurğulayıb.
“İsveç bu gün Rusiya səfirinə zəng edərək bildirib ki, səfirliyin beş əməkdaşından ölkəni tərk etmək tələb olunub, çünki onların fəaliyyətləri “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”na uyğun gəlmir”, - deyə nazir izah edib.
Bundan əvvəl Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt 15 rusiyalı diplomatın ölkədən çıxarıldığını açıqlayıb. Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının əməkdaşlarını “persona non grata” elan etmək qərarı “arzuolunmaz kəşfiyyat fəaliyyətinin” azaldılması istəyi ilə bağlı olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ