Rus kəşfiyyatından sensasion bəyanat – “Almaniya bu ölkəyə hücum edəcək”
Tarix: 24-04-2023, 22:38
Baxılıb: 1 964
Google+ Paylaş
Tumblr Paylaş

Rus kəşfiyyatından sensasion bəyanat – “Almaniya bu ölkəyə hücum edəcək”

24-04-2023, 22:38

“Ukrayna böhranı kontekstində Polşa rəhbərliyi üçün dövlət sərhədlərinə yenidən baxılması mövzusu daha da aktuallaşır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinin mətbuat bürosunun yaydığı bəyanatında deyilir.
“SVR-ə daxil olan məlumata görə, Ukrayna böhranı şəraitində Polşa rəhbərliyi üçün dövlətin sərhədlərinə yenidən baxılması da daxil olmaqla, geosiyasi olaraq yenidən bölüşdürülməsi mövzusu getdikcə aktuallaşır”, - bəyanatda deyilir.
Rus kəşfiyyatının iddiasına görə, Ukraynanın qərb ərazilərini ələ keçirməyə cəhdləri ilə yanaşı, anti-Almaniya atmosferinin yaranmasına səbəb olan amillər də Varşavanın hərbi planlarında əks olunur:
“Varşavada Ukraynanın qərb bölgələrinə qarşı aqressiv istəklərlə yanaşı, anti-alman əhval-ruhiyyəsi və Berlinin İkinci Dünya Müharibəsindən sonra Polşaya verilmiş keçmiş alman əraziləri ilə bağlı mümkün revanşist iddiaları ilə bağlı qorxular güclənir. Almaniya şübhəsi artıq Polşanın hərbi planlaşdırmasında öz əksini tapıb”.
SVR vurğulayır ki, bugünkü Polşa bütün qonşuları ilə münaqişədə olduğu və ərazi genişlənməsinə can atdığı Jozef Pilsudski dövrünün dövlətinə çevrilir: “Bu, həmin Polşadır ki, Uninston Çörçill İkinci Dünya Müharibəsi ərəfəsində onu layiq olduğu kimi “Avropanın kaftarı” adlandırmışdı”.
Rusiya kəşfiyyatı iddia edir ki, Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı martın sonunda qərbdən hərbi hücum ehtimalına qarşı “Daqleziya” təlimləri keçirib:
“Ssenariyə görə, düşmən – Polşanın qərbində yerləşən dövlət Qərbi Pomeraniya voyevodluğunda yaşayan milli azlığa (etnik almanlar nəzərdə tutur) arxalanaraq, hərbi təcavüz həyata keçirir. Plana əsasən, Şeçin şəhəri və dəniz limanını, həmçinin Şeçin-Qolenyuv hava limanını ələ keçirmək üçün hücum hazırlanır. Təlim planına əsasən, işğalçı qoşunlar kəşfiyyat aparır, müdafiə olunan ərazidə milli azlığın radikal nümayəndələrindən ibarət diversiya-kəşfiyyat qrupları fəaliyyət göstərir. Raket-artilleriya və hava zərbələri endirilir. Müdafiə missiyası düşmənin hücumunu saxlamaq olan Tanovo və Parqovo yaşayış məntəqələri ərazisindəki Polşa Silahlı Qüvvələrinin üç briqadası tərəfindən həyata keçirilir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ