“Vaqner”in lideri Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin ona olan etimadını geri qaytarmaq üçün yeni plan üzərində işləyir. “Putinin aşpazı” Baxmutda cinahları gücləndirmək üçün muzdlulardan ibarət üç briqada hazırlayır.
Analitiklərin fikrincə rus ordusunun qış ayları ərzində qarşıya qoyulmuş vəzifələri yerinə yetirə bilməməsi nəticəsində Putin yenidən Priqojinə şans verib. Hazırda "vaqneritlər" əlavə qüvvələr, döyüş sursatları toplayıb güclənirlər. Öz növbəsində Priqojin də Rusiya hava-desant qoşunlarının "vaqneritlər"lə birgə işlədiyini təsdiq edib.
Bu yaxınlarda "Gulagu.net" təşkilatı "vaqneritlə"rlə apardığı söhbəti dərc edib. Etiraflar zamanı məlum olub ki, Priqojinin muzdluları Ukraynada həm hərbi qulluqçuların, həm də mülki ukraynalıların, o cümlədən uşaqların edam və qətllərini təşkil ediblər.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, muzdluların etirafları araşdırılmaqla bərabər bu araşdırmaya xarici hüquq-mühafizə orqanlarının əməkdaşları da qoşulacaq.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb